AZ

Qonşu Rusiyada COVID-19-a yoluxma halları yenidən sürətlənib

Rusiyada son həftə ərzində COVID-19 xəstəliyinə yoluxma halları, demək olar ki, 30 faiz artıb.
 
Moderator.az-ın oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahı məlumat yayıb.
 
"Ötən həftə 100 min nəfərə düşən yeni koronavirus infeksiyasına yoluxma göstəricisi əvvəlki həftə ilə müqayisədə 29,1% çoxdur", - deyə əməliyyat qərargahından bildirilib.
 
Ekspertlər Rusiyanın 59 subyektində yoluxanların sayının çoxaldığını bildiriblər, 12 regionda isə bu göstərici ölkə üzrə orta göstəricidən daha sürətlə artır.
 
 
 
 
Seçilən
108
4
moderator.az

10Mənbələr