AZ

Analitik: Ukrayna xalqı referenduma və Rusiya ilə danışıqlara hazırlaşır

Kiyevdə hakimiyyətə yaxın ekspertlər və jurnalistlər Ukrayna xalqını referenduma və Rusiya ilə sülh danışıqlarına hazırlayırlar, türkiyəli analitik Engin Özer deyir. Onun fikrincə, bu cür danışıqlar 2024-cü ilin sonunda başlaya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA NOVOSTi məlumat yayıb.

“Son bir neçə həftə ərzində Ukrayna administrasiyasına yaxın olan bəzi ekspertlərin və jurnalistlərin xalqı referenduma və sülh danışıqlarına hazırladıqları açıq şəkildə müşahidə olunub. Yəqin ki, danışıqlar dekabrın ortalarında başlayacaq”, – deyə Özer RİA Novosti- yə bildirib.

Təhlilçi yeni ildə sülh sazişinin imzalanacağını və ya münaqişənin dondurulması ilə bağlı qərarın veriləcəyini gözləyir.

Həmsöhbətin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Pekinə səfəri “bu mənada müəyyən nöqtəyə gəlindiyini” göstərdi.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
nocomment.az

10Mənbələr