AZ

Abxaziyada Rusiya hərbi-dəniz bazasının tikintisi ilə bağlı bəyanat verilib

Rusiya Abxaziya ərazisində öz donanması üçün baza yaratmaq niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Şamba RİA Novosti ilə söhbətində bildirib.

“Oçamçira limanına gəlincə, biz orada hərbi-dəniz bazasının açılmasından danışmırıq”,- deyə o vurğulayıb.

Eyni zamanda, nazirin sözlərinə görə, Rusiya Federasiyası və Abxaziya təhlükəsizlik sahəsində güclü ikitərəfli əməkdaşlıq əlaqələri qurub. Şamba qeyd edib ki, Rusiyanın 7-ci hərbi bazası Abxaziyada yerləşir. Bundan əlavə, Rusiya sərhədçiləri dövlətin təhlükəsizliyinin təmin edilməsində “çox mühüm rol oynayır”.

Oktyabr ayında Abxaziya prezidenti Aslan Bjaniya bölgədə Rusiya hərbi-dəniz bazasını yerləşdirməyi planlaşdırdığını açıqlayıb. Gürcüstan Xarici İşlər Nazirliyi buna cavab olaraq Moskvanı 2008-ci il atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Tbilisi Rusiya bazasının Abxaziya ərazisində yerləşdirilməsi ilə bağlı razılaşmanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması adlandırıb. Tbilisi Abxaziyanı öz ərazisi hesab edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
nocomment.az

10Mənbələr