AZ

Kursk vilayətində təxminən 1000 km² əraziyə nəzarət edirik...

...Ukrayna müdafiəçiləri Kursk vilayətində əməliyyatı davam etdirirlər. Onlar min kvadrat kilometrə yaxın əraziyə nəzarət edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, “Charter97.org” bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Ali Baş Komandanlıq Qərargahında çıxışı zamanı verdiyi açıqlamaya istinadən xəbər verir.

...Biz Kursk vilayətində hücum əməliyyatını davam etdiririk. Hazırda min kvadrat kilometrə yaxın Rusiya ərazisi bizim nəzarətimizdədir.

Bunu Sırski bildirib.

Onun sözlərinə görə, ukraynalı müdafiəçilərdən ibarət qruplar onlara verilən tapşırıqları yerinə yetirməkdə davam edir. Döyüş demək olar ki, bütün cəbhə boyu gedir.

Eyni zamanda, döyüş meydanında vəziyyət Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Belə bir xəbərə cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski generaldan ukraynalı müdafiəçilərə göstərdikləri dözüm və cəsarətə görə təşəkkür etməyi xahiş edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
34
sia.az

10Mənbələr