AZ

“Ukrayna ordusu Kurskun 100 yaşayış məntəqəsinə nəzarət edir” - Sırski

“Ukrayna ordusu Kursk vilayətində irəliləməyə davam edir və 100 yaşayış məntəqəsi döyüşçülərimizin nəzarəti altındadır”.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.

"Biz irəliləməyə davam edirik. Bu günə kimi 1294 kvadrat kilometr ərazi və 100 yaşayış məntəqəsi nəzarətə götürülüb", - deyə o vurğulayıb.

Sırski qeyd edib ki, əməliyyatlar çərçivəsində Rusiya ordusunun 594 hərbçisi əsir götürülüb.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
34
missiya.az

10Mənbələr