AZ

"Atletiko" Alvaresin keçidini rəsmiləşdirib

"Atletiko" (Madrid) Xulian Alvaresin keçidini açıqlayıb.

İdman.biz xəbər verir ki, argentinalı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Madrid klubu bu transferə görə "Mançester Siti"yə 75 milyon avro ödəyib. "Atletiko" daha 20 milyon avro bonus şəklində ödəniş edəcək.

Qeyd edək ki, 24 yaşlı forvard ötən mövsümdə bütün turnirlərdə 54 oyunda meydana çıxıb. O, 19 qol vurub, 13 ötürmə verib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
38
idman.biz

10Mənbələr