AZ

“Qalatasaray”dan “Qarabağ”ın rəqibinə keçdi - Foto

“Qalatasaray” Vilfred Zahanı icarəyə verib.

“Qafqazinfo” xəbər verir ki, o, karyerasını Avropa Liqasında “Qarabağ”ın rəqibi “Lion”da davam etdirəcək.

Məlumata görə, Zaha İstanbul təmsilçisindən bir mövsümlük 3 milyon avroya icarəyə götürülüb.

Qeyd edək ki, hazırkı transfer qiyməti 11 milyon avro olan vinger “Qalatasaray” forması ilə 43 matça çıxıb. Futbolçu bu qarşılaşmalarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Onun “sarı-qırmızılılar”la müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
qafqazinfo.az

10Mənbələr