AZ

"Qalatasaray" almaniyalı futbolçunu göndərib

"Qalatasaray" Derrik Köhnlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, almaniyalı futbolçu "Verder"ə icarəyə verilib.

Razılaşmaya əsasən, Bremen klubu mövsümün sonunda cinah müdafiəçisini transferini rəsmiləşdirə bilər. Bunun üçün "Verder" 5 milyon 125 min avro ödəməli olacaq.

Qeyd edək ki, qışda "Hannover"dən transfer olunan 25 yaşlı futbolçu "Qalatasaray"da ümidləri doğrultmayıb. Köhn komandanın heyətində 19 oyunda 1 qol vurub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
2
idman.biz

10Mənbələr