AZ

ABŞ Maduronun istefası müqabilində amnistiya təklif edir

Amerikanın Wall Street Journal (WSJ) qəzeti iddia edib ki, ABŞ prezidenti Co Bayden hökuməti Venesuela prezidenti Nikolas Maduroya prezidentlikdən istefa verməsi müqabilində “ona qarşı irəli sürülən ittihamların bağışlanmasını” təklif edib.

News24.az xəbər verir ki, ABŞ “gələcəkdə cinayət ittihamı ilə üzləşəcək” Maduronu və hökumətini ABŞ-da ittihamlarının amnistiyaya məruz qalması müqabilində yeni prezidentlik müddətindən əvvəl istefa verməyə razı salmağa çalışır.

Qəzetə danışan mənbələrdən biri bildirib ki, Maduro və yüksək rütbəli hökumət rəsmiləri "gələcəkdə məhkəmə orqanları tərəfindən mühakimə olunacağı təqdirdə Venesueladan ekstradisiya tələb etməyəcəklərinə zəmanət verilir".

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
27
news24.az

10Mənbələr