AZ

WSJ: ABŞ, istefa verməsi müqabilində Maduronu əfv etməyə hazırdır

Vaşinqton Venesuela prezidenti Nikolas Maduronu əfv etmək müqabilində hakimiyyətdən əl çəkməyə məcbur etməyə çalışır.

APA xəbər verir ki, bu barədə avqustun 11-də “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qəzetin mənbələrinə görə, ABŞ Maduroya və onun baş köməkçilərinə əfv təklif edib. Nəşr xatırladıb ki, ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə Venesuela liderini ABŞ-ı kokainlə doldurmaq üçün müttəfiqlərlə sövdələşmədə ittiham edib.

Bundan bqşa ABŞ rəsmiləri Maduronun həbsinə səbəb olacaq məlumat üçün 15 milyon dollar mükafat təklif edib.

Materialın müəllifləri iddia edirlər ki, əfvlə bağlı danışıqlar Venesuela Konqresinin sədri Xorxe Rodriqes və ABŞ Milli Təhlükəsizlik Şurasında (MTŞ) Venesuela siyasətinin rəhbəri Daniel P. Erikson arasında aparılıb.

MTŞ-nin sözçüsü isə Karakasla danışıqlar barədə qəzetə şərh verməkdən imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
27
apa.az

10Mənbələr