AZ

Yevlaxda ər arvadına küt alətlə xəsarət yetirdi

Yevlaxda cinayət hadisəsi qeydə alınıb.

Bu barədə Gundem.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb”.

Qurumun məlumatına görə, S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Seçilən
31
32
gundem.az

10Mənbələr