AZ

Yevlaxda qadın xəsarət aldı - Yoldaşı saxlanıldı

Yevlaxda kişi arvadına ağır xəsarət yetirib.
Bu barədə Manset.az-a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. "Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb. S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib"- deyə məlumatda qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
27
manset.az

10Mənbələr