AZ

Alimlər 2050-ci ilə qədər kişilərin xərçəngə tutulma ehtimalının daha çox olacağını aşkar ediblər

Beynəlxalq tədqiqat qrupunun bir hissəsi olan Çarlz Darvin Universitetinin alimləri 2050-ci ilə qədər 65 və yuxarı yaşda olan kişilərdə xərçəngə yoluxma və ölüm nisbətlərinin əhəmiyyətli dərəcədə artacağını müəyyən ediblər.

Araşdırmanın nəticələri “Cancer” jurnalında dərc olunub. Böyük xərçəng reyestrlərinin məlumatlarına əsaslanan GLOBOCAN metod və modellərindən istifadə edən alimlər 185 ölkədə xərçəngə yoluxma nisbətini təxmin ediblər. Onlar müəyyən ediblər ki, 2022-ci ildən 2050-ci ilə qədər xərçəng xəstələrinin sayı 10,3 milyondan 19 milyona (və ya 84%) artacaq. Xərçəngdən ölənlərin sayı 5,4 milyondan 10,5 milyona (93%) yüksələcək.

Tədqiqatçılar 65 yaş və yuxarı kişilərdə, inkişaf səviyyəsi aşağı olan ölkələrdə xərçəngə tutulma ehtimalının təxminən iki dəfə (2020-ci ilə nisbətən) yüksək olacağını açıqladılar. Bu, kişilər və qadınlar arasında xəstəlik fərqini artıracaq. Kişilərin tibbi müayinədən keçməyə daha az meylli olduqları, genetik risklərinə və bioloji xüsusiyyətlərinə daha az diqqət yetirdikləri, iş yerində siqaret çəkmə, spirtli içki qəbul etmə və kanserogen maddələrə daha çox məruz qaldıqları bildirilir. Bu amillər xərçəng riskinin artmasının əsasını təşkil edir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
editor.az

10Mənbələr