AZ

Qarabağ Universitetinin ilk tələbəsi - Müsabiqədənkanar qəbul olundu

Qarabağ Universitetinə qəbul olunan ilk tələbə açıqlanıb.

Qeyd olunub ki, o qəbul imtahanlarında yüksək nəticə (519.2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.

Xatırladaq ki, o, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur. A. Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.

Elm və təhsil nazirinin müvafiq əmri ilə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülüb.

A.Muradlı 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək

Seçilən
76
49
cebheinfo.az

10Mənbələr