AZ

Nazirin təltif etdiyi abituriyent Qarabağ Universitetinə imtahansız qəbul oldu


Atilla Muradlı mövcud qaydalara əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.
Bildirilib ki, A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.
“O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunu, Lütfizadə adına Respublika məntiq olimpiadasının, N.Nəbiyev adına Respublika fizika müsabiqəsinin, Respublika Astronomiya olimpiadasının, Fizika fənni üzrə Respublika fənn olimpiadalarının qalibi və mükafatçısıdır.
A.Muradlı elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.
O, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək”, - məlumatda deyilir.
Seçilən
76
49
yeniavaz.com

10Mənbələr