AZ

İdmançılarımız şanlı bayrağımızla bağlanış mərasimində

Hazırda bağlanış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

Publika.az xəbər verir ki, "Stad de Frans" stadionunda təşkil olunan paradda bayrağımızı Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan Paris Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
13
publika.az

6Mənbələr