AZ

Paris-2024: Bağlanış mərasimi start götürüb

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir "Park de Prens" stadionunda təşkil olunub.

Saat 23:00-da start götürəcək mərasimdə Azərbaycan nümayəndə heyətini keçidi baş tutub. Taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümmətova komandamızın bayraqdarları olublar.

Tədbirin sonunda Olimpiya bayrağı növbəti oyunların təşkilatçısı Los-Anceles merinə təqdim edilib.

Qeyd edək ki, iyulin 26-da start götürən Paris-2024 Olimpiadasında 329 dəst medal öz sahibini tapıb. Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 3 bürünclə oyunları 30-cu pillədə başa vurub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
28
idman.biz

6Mənbələr