AZ

Vens 1 milyon miqrantın ABŞ-dan deportasiya edilməsini təklif edib

Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin bir hissəsi olaraq ABŞ-da qeyri-qanuni yaşayan 1 milyon insanın deportasiyası ilə başlamağı təklif edib.

APA xəbər verir ki, bu sözləri o ABC telekanalına müsahibəsi zamanı bildirib.

"Burada qeyri-qanuni yaşayan 20 milyon insan var. Biz real bir şeylə başlamalıyıq. Gəlin 1 milyonla başlayaq və sonra davam edə bilərik."

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində qalib gələrsə, ABŞ tarixində ən böyük deportasiya kampaniyasına başlayacağına söz verib.

Qeyd edək ki, miqrasiya böhranı ABŞ-da cari seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq demokratları miqrasiyanın kəskin artmasında günahlandırırlar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
11
sherg.az

7Mənbələr