AZ

Bakı-Qazax magistral yolunda avtomobil qəzası olub, xəsarət alanlar var 

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində 3 nəfər - Bakı şəhər sakinləri, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1997-ci il təvəllüdlü N.Məmmədli və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
report.az

10Mənbələr