AZ

Paris-2024: Sərbəst güləşçimiz yarımfinalda məğlub olub

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.

Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Seçilən
69
18
cbcsport.az

10Mənbələr