AZ

Güləşçimiz yarımfinalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

Məlumata görə, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.

Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.//Report

Seçilən
65
18
musavat.com

10Mənbələr