AZ

Qanunu pozan “SHACMAN” sürücüsü barədə tədbir görüldü

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 


Manset.az-a DİN-dən verilən məlumata görə, avqustun 8-də Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “SHACMAN” markalı yük avtomobili ilə daşınması aşkar  olunub. 
İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiyinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
manset.az

7Mənbələr