AZ

Ekoloji təhlükəsizlik qaydalarının pozulmasına qarşı tədbirlər görüldü

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgəekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısınınalınması məqsədilə tədbirlər davam etdirilir.

Trend DİN-ə istinadən xəbərverir ki, Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində keçirilənnövbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadəetməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yükavtomobili ilə daşınması aşkar olunub.

İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindənistifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləribarəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı isə Türkanqəsəbəsinin dəniz sahilində yerləşən bir istirahət mərkəzindəatmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstübacalarına təmizləyici qurğuların quraşdırılmadığı aşkarolunub.

Ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibibarəsində də inzibati tənbeh tədbiri tətbiq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
az.trend.az

7Mənbələr