İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.BUTA.TV xəbər verir ki, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb. Belə ki, qəza zamanı "Mersedes", VAZ-2106 və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində iki nəfər - Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.