AZ

İmişlidə zəncirvari yol qəzası: 2 yaralı

İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.

Belə ki, qəza zamanı "Mercedes", "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər - Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
13
bakivaxti.az

10Mənbələr