AZ

İmişlidə zəncirvari qəza olub, yaralılar var

İmişlidə

İmişli, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 11 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes”, “Vaz-2106” və “Vaz-2107” markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alanlar - Elmdar Savalanov, Ədalət Əmrahov, İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
8
azertag.az

10Mənbələr