AZ

Ağır yol qəzası baş verdi - Ölən və yaralananlar var

Türkiyənin Dənizli vilayətində baş verən ağır yol qəzası ölümlə nəticələnib.

Bakuinfo.net yerli mətbuata istinadən xəbər verir ki, Pamukkale rayonunda mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 2 nəfər hadisə yerində həlak olub, 10 nəfər isə yaralanıb. Yaralıların hamısının toxuculuq firmasının əməkdaşları olduğu bildirilib.

Hadisə yerinə təcili yardım, jandarm, polis və xilasedicilər cəlb edilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
22
bakuinfo.net

10Mənbələr