AZ

Naxçıvanda alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin həcmi artıb

Naxçıvanda 2023-cü ilin iyul ayı ilə müqayisədə alternativ enerji mənbələrindən hasil olunan enerjinin payı artıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 46,92 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
Elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 28 097 000 kilovat-saat, su elektrik stansiyalarında (SES) 18 636 208 kilovat-saat, alternativ və bərpa olunan mənbələr üzrə isə 6 199 816 kilovat-saat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ mənbələrdən hasil olunan enerjinin payı 11,57 faiz artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
17
turk.az

10Mənbələr