AZ

Avropada elektrik enerjisinin qiyməti sıfırdan aşağı düşdü

Bu gün Avropa bazarlarında elektrik enerjisi qiymətləri sıfırdan aşağı düşüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ProFinance yayıb. Bildirilir ki, buna səbəb külək və günəş enerjisi istehsalının artması və şəbəkəni təmiz elektriklə doldurmasıdır.

Epex Spot SE-ə görə, bu gün növbəti 24 saat ərzində çatdırılma üçün Almaniya hərrac qiymətləri 6 ayrı saat ərzində sıfırdan aşağı düşüb. Bloomberg modelləri və ENTSO-E məlumatlarına görə, ölkədə orta külək enerjisi istehsalı 22,7 gigavat olacaq ki, bu da son dörd ayın ən yüksək göstəricisidir.

Bərpa olunan elektrik enerjisi istehsalı artdıqca mənfi qiymətlər daha çox yayılır. Günəş və külək enerjisi iki əsas mənbədir və hər ikisi eyni gündə yüksək məhsuldarlıq göstərdikdə, ucuz enerji çoxluğu yaranır. Gələcəkdə saxlama batareyaları təkmilləşdirildikdə belə günlərdə artıq istehsal olunan enerji depolanaraq, istehsal zəiflədiyi günlərdə şəbəkəyə yönəldilə biləcək.

Bu gün Almaniyadan başqa Fransa, Hollandiya, Belçika və Şimali Avropanın bəzi bölgələrində də qiymətlər mənfi olub.

Almaniyada növbəti 24 saat üçün qiymət 1 meqavat-saat üçün 52,62 avro təşkil edib ki, bu da ötən günlə müqayisədə 43 faiz aşağıdır. Fransada bu göstərici 39,29 avro olub.


Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
17
musavat.com

10Mənbələr