AZ

Pezeşkian nazirləri seçə bilmir – İran rəsmisi

İsmayıl Haniyənin öldürülməsindən sonra yeni hökumət üzvlərinin parlamentə təqdim edilməsində Məsud Pezeşkian (İran prezidenti - red.) bir sıra problemlərlə qarşılaşıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu İranda 14-cü hökumətin Koordinasiya Şurasının üzvü İbrahim Fəyyaz Zahid İLNA-ya müsahibəsində bildirib.

"Yeni prezidentin nazirlərin təyinatı ilə bağlı diqqəti İranın rəhbəri Əli Xamenei, təhlükəsizlik orqanları və yüksək rütbəli rəsmilərlə məsləhətləşmələrə yönəlib. Bütün bu proses vaxt tələb edir. Yaxın bir neçə gündə prezident yekun nəticəni İran parlamentinə təqdim edəcək", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
4
olaylar.az

10Mənbələr