AZ

Zelenskini məhkəməyə verdi

Ukraynalı milyarder Dmitri Firtaş 2024-cü ildə iş adamına tətbiq edilən şəxsi sanksiyalara görə ölkə Prezidenti Volodimir Zelenskiyə qarşı iddia qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Qlavkom” nəşri “Ukrayna məhkəmə hakimiyyəti” dövlət portalına istinadən məlumat yayıb.

Vurğulanıb ki, respublika Ali Məhkəməsi milyarderin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların tətbiqi barədə qərarını qüvvəyə mindirən prezidentin 24 iyun 2024-cü il tarixli fərmanına etiraz etdiyi iddiasını baxılmaq üçün qəbul edib.

Qeyd edək ki, sanksiyalar aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının tamamilə dayandırılmasını və kapitalın ölkədən kənara çıxarılmasının qarşısının alınmasını nəzərdə tutur. 2023-cü ilin mayında İqtisadi Təhlükəsizlik Bürosu və Ukrayna Təhlükəsizlik Xidməti Firtaşı respublika büdcəsinə 18 milyard qrivenə başa gələn dələduzluqda şübhəli şəxs kimi tanıyıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
qafqazinfo.az

10Mənbələr