AZ

Hadisə / VideoBayılda güclü YANĞIN - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Paytaxtın Səbail rayonunda açıq ərazidə güclü yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, yanğın ərazisində məişət tullantıları yığılmış sahədə qeydə alınıb. 

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində məişət tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
far.az

10Mənbələr