AZ

Hadisə / VideoZiya Bünyadov prospektində güclü YANĞIN - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Paytaxtın Ziya Bünyadov prospektində güclü yanğın başlayıb. 

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə DİN-in Hospitalının qarşısında qeydə alınıb. 

Yanğınla bağlı FHN-dən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 20 kv.m. ərazidə məişət tullantıları yanıb.

Far.Az VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
6
far.az

10Mənbələr