AZ

"ABŞ-nin Ermənistan mərkəzli siyasəti regionda sülhə xidmət etmir" - RƏY + FOTO

"ABŞ-nin Ermənistan mərkəzli siyasəti regionda sülhə xidmət etmir".
 
Moderator.az bildirir ki, bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.
 
O bildirib ki, Birləşmiş Ştatların Ermənistana silah yardımı göstərməsi onun regionda geosiyasi və geostrateji maraqları ilə əlaqadərdır:
 
“ABŞ və bütövlükdə kollektiv Qərblə Ermənistan arasında münasibətlər son aylarda xeyli dərinləşib. Görünən odur ki, Qərbin dominant gücü olan ABŞ Ermənistanla münasibətləri dərinləşdirməkdə maraqlıdır. Ümumiyyətlə, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətinə nəzər salsaq, görərik ki, Ağ Ev bölgədə bir növ Ermənistan mərkəzli siyasət həyata keçirir. Ermənistanla siyasi, iqtisadi, ticari və o cümlədən də hərbi müstəvidə əməkdaşlığı dərinləşdirir. ABŞ-nin Ermənistana kiçik həcmli də olsa, silah verməsi mümkündür və bu, təsadüfi hadisə deyil".
 
Politoloq vurğulayıb ki, ABŞ tədricən Ermənistan vasitəsi regionda mövqeyini möhkəmləndirməyə, İrəvanı Moskvanın təsirindən çıxarmağa çalışır:
 
“Ermənistan mərkəzli siyasət regionda sülhə xidmət etmir. Əksinə, yeni hərbi-siyasi eskalasiyanın yaranmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, Ermənistan vaxtilə qonşu dövlətə qarşı 30 ilə yaxın təcavüzkar siyasət həyata keçirib və hələ də Ermənistanla Azərbaycan arasında qalıcı sülh müqaviləsi imzalanmayıb. Belə olan təqdirdə, Ermənistanı az miqdarda da olsa, silahlandırmaq düzgün addım deyil, sülhə xidmət etmir”.
 
 
ABŞ-nin Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı sorğuları cavablamaqdan yayınması məsələsinə gəldikdə isə M.Məmmədli söyləyib ki, istənilən səfirlik təmsil etdiyi ölkənin təlimatları ilə hərəkət edir:
 
“Vacib məsələlərlə bağlı onlar təmsil etdikləri ölkənin mərkəzi hakimiyyət orqanlarının təlimatlarına uyğun davranırlar. Görünür onlara belə təlimat gəlib ki, bu məsələyə münasibət bildirməkdən yayınsınlar. Birləşmiş Ştatların Ermənistandakı səfirliyi də məsələ ilə bağlı dolğun məlumat verməkdən yayınıb, onlar silah daşınmasını bu yaxınlarda ABŞ və Ermənistan arasında baş tutan hərbi təlimlərlə əlaqələndiriblər”.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
moderator.az

10Mənbələr