AZ

Şərurda ər arvadına balta ilə xəsarət yetirib

Şərurda ər arvadına balta ilə xəsarət yetirib

Şərur rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə rayonun Çomaxtur kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Elçin Qasım oğlu Qasımov həyat yoldaşı 1976-cı il təvəllüdlü Məharət Allahverdi qızı Qasımovaya balta ilə xəsarət yetirib.

Müxtəlif bədən xəsarətləri alan M.Qasımova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
sonxeber.az

10Mənbələr