AZ

Sumqayıtda fərdi yaşayış evində partlayış olub, xəsarət alan var

Sumqayıtda mənzildə partlayış olub, xəsarət alan var.

APA xəbər verir ki, hadisə "Betonzavod" adlanan ərazidə qeydə alınıb.

1989-cu il təvəllüdlü Turac Telman oğlu Nağıyev kirayə qaldığı mənzildə baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarətləri alıb.

O dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
36
big.az

10Mənbələr