AZ

Harris sentyabrın 10-da debatda iştirak etməyə razılıq verdi » AzadMedia.az


ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 10-da ABC telekanalında prezidentliyə Respublikaçılar Partiyasından namizəd Donald Trampla debatda iştirak edəcək.

Bu haqda o, “NBC” telekanalına deyib.

“Mən Donald Trampla debatı səbirsizliklə gözləyirəm və bizim görüşümüz var - 10 sentyabr”. Lakin o, Trampın daha əvvəl elan etdiyi digər raundlar barədə heç nə deməyib.

Qeyd edək ki, Tramp sentyabrda 3 dəfə - sentyabrın 4-də “Fox News”də, “ABC”də sentyabrın 10-da, “NBC”də isə sentyabrın 25-də Harrislə debata çıxmaq istəyir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
azadmedia.az

10Mənbələr