AZ

Paris-2024: İdmançılarımızın bugünkü yarış cədvəli və SAATLARI

Azərbaycan boksçusu Alfonso Dominqes bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal görüşünə çıxacaq. Bundan əlavə, iki güləşçimiz və bədii gimanstlarımız da mübarizəyə başlayacaqlar.

Bizim.Media idmançılarımızın bugünkü çıxış cədvəlini və saatlarını təqdim edir:

Bədii gimnastika:

Təsnifat mərhələsi - Bədii gimnastika üzrə qrup hərəkətləri - saat 12.00

Sərbəst güləş:

74 kiloqram, 1/8 final - Turan Bayramov - Çermen Vəliyev (Albaniya) - saat 13.00;

125 kiloqram, 1/8 final - Giorgi Meşvildişvili - Diaeldin Əbdülmüttəlib (Misir) - saat 13.00.

Boks:

92 kiloqram, final - Alfonso Dominqes - Lazizbek Mullojonov (Özbəkistan) - saat 00.34.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
23
bizim.media

10Mənbələr