AZ

Paris-2024: İdmançılarımızın bugünkü yarış cədvəli və saatları

Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Bizim.Media idmançılarımızın yarış cədvəli və görüşlərinin başlama vaxtlarını təqdim edir:

Bədii gimnastika:

Təsnifat mərhələsi - Zöhrə Ağamirova - saat 12.00. 

Sərbəst güləş:

1/8 final, 57 kiloqram - Əliabbas Rzazadə - Gülomcan Abdullayev (Özbəkistan) - saat 13.00;

1/8 final, 86 kiloqram - Osman Nurmaqomedov - Bat Erden Byambasuren (Monqolustan) - saat 13.00.

Yunan-Roma güləşi:

Həsrət Cəfərov (67 kiloqram) - bürünc medal uğrunda görüş - saat 20.15.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
23
bizim.media

10Mənbələr