AZ

Harris sentyabrın 10-da debatda iştirak etməyə razılıq verdi

ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 10-da ABC telekanalında prezidentliyə Respublikaçılar Partiyasından namizəd Donald Trampla debatda iştirak edəcək. SİA xəbər verir ki, bu haqda o, “NBC” telekanalına deyib.

“Mən Donald Trampla debatı səbirsizliklə gözləyirəm və bizim görüşümüz var - 10 sentyabr”. Lakin o, Trampın daha əvvəl elan etdiyi digər raundlar barədə heç nə deməyib.

Qeyd edək ki, Tramp sentyabrda 3 dəfə - sentyabrın 4-də “Fox News”də, “ABC”də sentyabrın 10-da, “NBC”də isə sentyabrın 25-də Harrislə debata çıxmaq istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
sia.az

10Mənbələr