AZ

Seçkilərlə əlaqədar indiyədək 228 beynəlxalq müşahidəçi qeydə alınıb

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Olaylar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 43 ölkə və 24 qurumdan 228 beynəlxalq müşahidəçi qeydə alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
9
olaylar.az

5Mənbələr