AZ

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlandı

Bakı. Trend:

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri iləəlaqədar indiyədək qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkeçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyəqədər ümumilikdə 38744 yerli müşahidəçi qeydə alınıb.

"Onlardan MSK-da qeydə alınan müşahidəçilərin sayı 5621, dairəseçki komissiyalarında (DSK) qeydə alınan müşahidəçilərin sayı 33123 nəfərdir", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
50
az.trend.az

6Mənbələr