AZ

“Xalq Bank”dan 56 milyon manatdan çox vəsait geri çəkilib

“Xalq Bank”ın bu ilin yanvar-iyun aylarında depozitlərinin həcmi 2 milyard 164 milyon 815 min manat olub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 56 milyon 156 min manat və ya 2,5% azdır. 2023-cü ilin sonunda bankın depozitlərinin həcmi 2 milyard 220 milyon 971 min manat olub. 

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0.4% artaraq 3 milyard 95 milyon manata çatıb. Cari ilin ilk 6 ayında "Xalq Bank"ın kredit portfeli 3,5% və ya 64.3 milyon manat artaraq 1 milyard 891.2 milyon manata bərabər olub.

Bu ilin hesabat dövründə "Xalq Bank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azalaraq 34 milyon 3 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 37 milyon 913 min manat xalis mənfəət əldə etmişdi.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
5
valyuta.az

10Mənbələr