AZ

Almaniyanın ən böyük bankı son 4 ildə ilk dəfə zərərə uğradı

Almaniyanın ən böyük bankı olan "Deutsche Bank" bu ilin ikinci rübündə 143 milyon avro xalis zərər qeydə alıb.

Bu barədə İqtisadiyyat.az "Deutsche Bank"a istinadən xəbər verir.

Məlumata görə, bank 15 rübdə ilk dəfə zərərlə üzləşib. "Deutsche Bank" 2023-cü ilin ikinci rübündə isə 763 milyon avro mənfəət əldə edib.

Bankın il ərzində xalis faiz gəliri 2% azalaraq 1,3 milyard avro, komissiya gəlirləri 9% artaraq 624 milyon avro təşkil edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
iqtisadiyyat.az

10Mənbələr