AZ

Azərbaycanın NATO-dakı səfiri silahla hədələnib, qarət edilib – «ROLEX» SAATINI ALIBLAR – AÇIQLAMA

AzərbaycanIN NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

FED.az biznes və maliyyə xəbərləri portalı Haqqın.az-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs tapançanın qundağı ilə onların başına vurub. Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd “Rolex” saatını oğurlayıblar.

Daha sonra bu hadisə ilə bağlı səfir özü də açıqlama verərək, baş verənləri təsdiqləyib. FED.az APA-ya istinadən xəbər verir ki, Cəfər Hüseynzadə bildirib ki, naməlum şəxslər tərəfindən qarət olunub:

«5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxulub bizi silah və bıçaqla hədələyərək üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər».

“Onlar xanımımın çantasını və qollarımızdakı “Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir»-deyə səfir bildirib.

Diplomat qeyd edib ki, Belçika mətbuatında yaşadığı binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. O həmçinin qarət edilən saatların qiymətinin də şişirdildiyin bildirib: «Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar “Rolex” markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə, həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub», - açıqlamada vurğulanıb.

Seçilən
64
42
fed.az

10Mənbələr