AZ

Kurska hücüm: Beş nəfər ölüb, 28 nəfər yaralanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gecə ərzində Ukrayna ordusunun Rusiyanın Kursk vilayətini atəşə tutması nəticəsində beş nəfər ölüb, 28 nəfər yaralanıb.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralılar arasında altı uşağın da olduğu açıqlanıb.
Vilayətin qubernatoru Aleksey Smirnov faktı təsdiqləyib. O bildirib ki, yaralılar zəruri tibbi yardımla təmin olunub. Bu arada, regionda yenidən raket təhlükəsi elan edilib. Vətəndaşlara olduqları ərazini tərk etməmək tapşırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənləri dinc əhaliyə qarşı yönələn terror aktı adlandırıb.
"Sputnik" radiostansiyasının efirində qonaq olan nazirlik rəsmisi bildirib ki, istintaq orqanlarına baş verənlərin ətraflı şəkildə araşdırılması ilə bağlı qəti göstəriş verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
oxu.az

10Mənbələr