AZ

Pirallahıda faciəli qəza: Bir nəfər həyatını itirdi

Bu gün Pirallahı qəsəbəsində faciəli yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Maarif Fərəcullayevin idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə Mehdi Aslanovun sükanı arxasında olduğu KIA markalı minik maşını toqquşub.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası və polis əməkdaşları zərərçəkənə ilk yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Mehdi Aslanov aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
6
cebheinfo.az

10Mənbələr