AZ

Mariya Stadnik: "İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir"

"Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı". Sport24.az xəbər verir ki, bu sözlər Azərbaycan güləşçisi Mariya Stadnikə məxsusdur.
 
Olimpiya Oyunlarının dördqat mükafatçısı Paris-2024-də gerçəkləşən beşinci cəhdində medalsız qalmasından sonra paylaşım edib: "İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim. Bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi isə başqa bir tarix yazmağın vaxtıdır".
 
Qeyd edək ki, London-2012 və Rio-2016-nın gümüş mükafatçısı olan Stadnik Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.

Seçilən
14
3
sport24.az

4Mənbələr