AZ

Mariya Stadnik: Azərbaycanın adını böyük qürurla təmsil etdim

“Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı”. Matc.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik sosial şəbəkədə yazıb. “Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı”. Matc.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik sosial şəbəkədə yazıb. Olimpiya Oyunlarının dördqat mükafatçısı üçün Paris-2024 olimpiadası beşinci şans olub. Bu dəfə medalsız qalan Stadnik azarkeşlərə təşəkkürünü bildirib: “İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində Azərbaycanın adını böyük qürurla təmsil etdim. Bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi isə başqa bir tarix yazmağın vaxtıdır”. Qeyd edək ki, Mariya Stadnik London-2012 və Rio-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də isə bürünc medal qazanıb.  

Seçilən
19
3
matc.az

4Mənbələr