AZ

FHN Naxçıvanda baş verən yanğınlar barədə məlumat yayıb

FHN Naxçıvanda baş verən yanğınlar barədə məlumat yayıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nəzərabad kəndində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan MR FHN Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2.5 hektar olan biçilmiş taxıl sahəsinin 1.5 hektarı yanıb.

Sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
44
sonxeber.az

10Mənbələr